Zidan hansı komandaya can atır?

31.12.2024

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zinəddin Zidan məşqçilik karyerasını bərpa etmək istəyir.

Ancaq onun çalışdırmaq istədiyi yalnız bir komanda var. “Real”ın sabiq baş məşqçisi artıq gələcəyi ilə bağlı qərarını verib. “AS” qəzetinin məlumatına görə, Zidan yalnız Fransa yığmasında işləməyi düşünür. O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra milli komandaya təyinat alacağını gözləsə də, baş məşqçi Didye Deşam vəzifəsində qalmışdı.
Zidan hazırda Madriddə yaşayır və yalnız Fransa Futbol Federasiyasından təklif gözləyir. Xatırlayaq ki, 52 yaşlı mütəxəssis 2016-18 və 2019-21-ci illərdə “Real”ı çaışdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью