Zidan Hümbətov “Adriatik incisi”nin qalibi olub

10.03.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.

Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.

Banuçiçək Nəsirli yarımfinalda! Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb Zidan Hümbətov “Adriatik incisi”nə qələbə ilə başlayıb Yığmamız “Strandja” turnirini 4 medalla başa vurub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью