Zidan Mbappe ilə münaqişə iddialarına sərt cavab verdi: “Bunlar cəfəngiyyatdır”

14.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Kilian Mbappe ilə aralarında münaqişə yaşandığına dair yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis bu iddiaları qətiyyətlə təkzib edib və “Real Madrid”in hücumçusu ilə münasibətlərinin qaydasında olduğunu açıqlayıb:

“Mbappenin meydanda olması hər şeyi dəyişir. Əlbəttə, onun bizimlə olması daha yaxşıdır. Heç bir problem yoxdur, sabah heyətdə olacaq. Aramızda münaqişə? Bunun haradan çıxdığını anlamıram, amma heç bir əhəmiyyəti yoxdur. Ona görə də bu barədə müzakirəyə girmək fikrim yoxdur”.

Zidan futbolçu ilə münasibətlərinin sırf peşəkar xarakter daşıdığını vurğulayıb:

“Bizim aramızda məşqçi və futbolçu münasibətləri var, hər şey əla gedir. İnsanlara istədiklərini danışmağı qadağan edə bilmərəm, amma bunlar sadəcə cəfəngiyyatdır. Çox təəssüf ki, belə söhbətlər yayılır və bu, artıq məni xeyli qıcıqlandırır”.

Xatırladaq ki, daha əvvəl Fransa mətbuatında Mbappenin Zidan tərəfindən hücumun sol cinahında oynadılmasından narazı qaldığı və tərəflər arasında münasibətlərin gərginləşdiyi bildirilmişdi.

Zədə səbəbindən noyabrın 12-də İtaliya ilə görüşü buraxan 27 yaşlı hücumçu artıq komandanın məşqlərinə qayıdıb.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının altıncı turunda noyabrın 15-də Türkiyəni qəbul edəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью