Zidan Mbappenin Fransa millisindəki gələcəyinə aydınlıq gətirdi

18.09.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan Kilian Mbappenin kapitan sarğısını qoruyacağını təsdiqləyib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə milli komandaya rəhbərlik etdiyi dövrdə ilk heyətini açıqlayarkən bildirib.

“Bəli, o, artıq mənim oyunçumdur və mənim kapitanım olacaq”, – deyə Zidan Mbappenin statusu ilə bağlı suala cavab verərkən qeyd edib.

Madridin “Real” klubunun hücumçusu Uqo Liorisi əvəz edərək 2023-cü ilin martında Fransa millisinin kapitanı olub.

Hazırda 27 yaşlı Mbappe milli komandanın heyətində 106 matç keçirib və 66 qol vurub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью