Zidan millidə ilk məşqinə çıxdı

22.09.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan komanda ilə ilk məşqinə çıxıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bərpa xarakterli məşqdə cəmi 12 futbolçu iştirak edib.

54 yaşlı mütəxəssisə köməkçisi David Bettoni və qapıçılarla işləyən məşqçi Fabyen Bartez yoldaşlıq ediblər. Bəzi təmrinlərin ardınca futbolçular cinah asmalarından qapıya zərbə endiriblər. Maraqlıdır ki, futbolçulara ötürmələri Zidan özü edib. Yeri gəlmişkən, Zidanı ilk dəfə millidə iş başında 50-ə yaxın jurnalist izləyib.

Qeyd edək ki, qarşıdakı günlərdə Fransa millisi 4 oyun keçirəcək. Belə ki, komanda sentyabrın 25-i Türkliyə, 28-i isə Belçika ilə səfərdə oynayacaq. Oktyabrın 2-də İtaliya millisini qəbul edəcək fransalılar 3 gün sonra "Stad de Franc"da Belçika ilə qarşılaşacaq.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью