Zidan millidəki debüt təəssüratını bölüşdü

26.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan yeni postunda debüt etdikdən sonra təəssüratlarını bölüşüb. 

Fanat.Az xəbər verir ki, sentyabrın 25-də Fransa Millətlər Liqasının ilk turunda Türkiyə millisini səfərdə 1:0 hesabı ilə məğlub edib. 

"RMC Sport" Zidanın oyunsonrası fikirlərini belə təqdim edib:

"Türkiyədə həmişə çətin olur, çünki burada atmosfer çox gərgindir. Amma biz yaxşı oynadıq və rəqibə dərin təzyiq göstərdik. Cəmi üç yarım məşq keçirsək də, bir çox maraqlı şeylər gördüm. Baş məşqçi kimi milli komandaya qayıtmaq inanılmaz dərəcədə həyəcanlı idi. Sadəcə, bütün hisslərimi təsvir edəcək sözlərim yoxdur". 

Zidan 2026-cı il dünya çempionatından sonra Didye Deşamı Fransa millisinin məşqçisi vəzifəsində əvəz edib. O, Fransa millisi ilə birlikdə futbolçu kimi DÇ-1998-in və AÇ-2000-in qalibi olub.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью