Zidan rəsmən Fransa millisində!

28.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Zidan rəsmən Fransa millisində!

Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Fransa millisi 2026-cı il dünya çempionatını Didye Deşamın rəhbərliyi altında başa vurub. Təcrübəli mütəxəssis turnirdən sonra vəzifəsindən ayrılıb. Fransa mundialın 3-cü yer uğrunda oyununda İngiltərəyə 4:6 hesabı ilə uduzub.

Zidan 2021-ci ildən bəri məşqçi kimi çalışmırdı. O, daha əvvəl iki dönəmdə "Real"a rəhbərlik edib və Madrid klubu ilə 11 titul, o cümlədən 3 Çempionlar Liqası kuboku qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью