Zidan tezliklə işə başlaya bilər İdman və Biz

29.11.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq üç il yarımdır Zinəddin Zidan məşqçi işinə fasilə verib. Əfsanəvi fransız bir müddət əvvəl müsahibəsində hansısa komandaya rəhbərlik etməyə hazır olduğunu vurğulamışdı.

İdman.biz Fichajes-ə istinadən xəbər verir ki, hazırda "Pari Sen-Jermen" Zidanı baş məşqçisi vəzifəsinə nəzərdən keçirir.

Liqa 1-in lideri Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməsə, Luis Enrikeni istefaya göndərməyi düşünə bilər. "Pari Sen-Jermen" hazırda qitənin əsas klub turnirində 25-ci yerdədir. Beş tur ərzində Luis Enrikenin yetirmələri cəmi dörd xal toplaya biliblər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью