Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan İtaliyaya məğlubiyyətdən (1:3) sonra futbolçularını ruhdan düşməməyə çağırıb.
QOL.az xəbər verir ki, “RMC Sport” nəşrinin məlumatına görə, mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Türkiyə ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Qrupda ikinci pillədə qərarlaşan Fransa 1/4 finala yüksəlmək üçün rəqibinə uduzmamalıdır.
Zidan komandasına inandığını vurğulayıb:
“Düşünürəm ki, futbolçularım belə oyunlara öyrəşiblər. Mesajım həmişə eynidir: nəticədən asılı olmayaraq pozitiv qalmaq lazımdır. Karyerada çətin anlar və məğlubiyyətlər qaçılmazdır.
Onlar gənc futbolçulardır və belə təcrübələrdən keçməlidirlər. Mən panikaya düşmürəm və bunu etmək fikrim də yoxdur. Böyük klublarda çıxış edən oyunçular belə vəziyyətlərlə üzləşməyə öyrəşiblər.
İtaliya ilə oyundan cəmi üç gün sonra yenidən meydana çıxmaq imkanımızın olması yaxşıdır. Bu, hər şeyi dəyişmək üçün fürsətdir. Futbolun gözəlliyi də bundadır: fərqli şeylərə qadir olduğumuzu sübut edə bilərik”.
Qeyd edək ki, Fransa - Türkiyə görüşü bu gün Bakı vaxtı ilə 23:45-də keçiriləcək.