Zidan Yamal haqqında: Həyatımda belə bir şey görməmişəm

27.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Məşhur sabiq futbolçu və məşqçi Zinəddin Zidan "Barselona"nın 17 yaşlı cinah oyunçusu Lamin Yamal haqda fikirlərini bildirib.

Ölkə.Az xəbər verir ki, katalonların ulduzu ilə bağlı sualı cavablandıran fransız Çempionlar Liqasının yarımfinalında "İnter"lə qarşılaşmanı xatırladıb.

"Onun Çempionlar Liqasında "İnter"ə qarşı oyunundan şok oldum. Bu, həyatımda gördüyüm heç nəyə bənzəmir. Meydanda topa bu qədər nəzarət edən hər hansı bir oyunçunu izləmək heyrətamizdir. Ona görə də onun oyununu izləmək hamımız üçün xoşdur", - Zidan bildirib.

Lamine bu mövsüm "Barselona"nın heyətində 55 oyunda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью