Zidan yaxın gələcəkdə məşqçiliyə qayıtmaq niyyətində deyil

24.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Fransalı mütəxəssis Zinəddin Zidan yaxın gələcəkdə məşqçiliyə qayıtmaq niyyətində deyil.

"Report"un "Marca"ya istinadən məlumatına görə, sabiq futbolçu "Mançester Yunayted" (İngiltərə), "Yuventus" (İtaliya), PSJ (Fransa) və "Bavariya" (Almaniya) kimi klublardan dəfələrlə gələn təkliflərdən imtina edib.

Bu qərarın səbəbi mütəxəssisin "Real"dan başqa heç bir komandada işləməmək istəyi ilə əlaqələndirilir. Həmçinin onun yalnız Fransa millisini çalışdırmaq istədiyi söylənilir.

Qeyd edək ki, Z.Zidan məşqçilik karyerası ərzində yalnız "Real"la işləyib. O, 2016-2018 və 2019-2021-ci illərdə komandaya rəhbərlik edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью