Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər

05.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan qarşıdakı oyunlar üçün heyətdə bir sıra dəyişikliklər etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, zədə səbəbindən Usman Dembele, Manu Kone və Jül Kunde yığmaya dəvət olunmayacaq.

Ötən ay heyətdən kənarda qalan Orelyen Tçuameni isə yenidən milliyə qayıdacaq. Genişləndirilmiş siyahıda “Tottenhem”dən Matis Tel və “Bornmut”dan Eli Junior Krupinin də adları yer alıb.

Zidanın əsas sürprizinin gənc futbolçular olacağı gözlənilir. “Əl-Əhli”nin 21 yaşlı yarımmüdafiəçisi Valentin Atanqana və “Sanderlend”in 20 yaşlı müdafiəçisi Dayann Metali ilk dəfə əsas milliyə dəvət ala bilərlər.

Qeyd edək ki, Fransa - Türkiyə matçı noyabrın 15-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью