Zidandan Fransa millisində “inqilab”

15.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa milli komandasının yeni baş məşqçisi Zinəddin Zidan heyətdə köklü dəyişikliklərə hazırlanır.

Futbolpress.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, fransalı mütəxəssis Didye Deşamın dövründə milli komandaya çağırılmayan 9 yeni futbolçunu yığmaya cəlb etməyi planlaşdırır.

Avropanın aparıcı çempionatlarında mübarizə aparan bu oyunçular arasında “Brayton”dan Olivye Boskali, “Liverpul”dan Jeremi Jak, “Renn”dən Esteban Lepol və “Komo”dan Lukaş Da Kunya yer alır. Təcrübəli mütəxəssis həmçinin “İnter”in yarımmüdafiəçisi Andi Diuf, “Paris”in üzvü Pablo Paji, “Sanderlend”dən Enzo Le Fe, eləcə də “Lens”in iki futbolçusu Pyer Qaniu və Mattye Yudolu heyətə daxil etməyi planlaşdırır.

Zinəddin Zidanın rəhbərliyi altında Fransa milli komandası ilk rəsmi sınağına sentyabrın 25-də çıxacaq. “Xoruzlar” UEFA Millətlər Liqasının I turu çərçivəsində səfərdə Türkiyə yığmasının qonağı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью