Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan məşqçilik fəaliyyətinə qayıtmağı planlaşdırır. 53 yaşlı fransız 2021-ci ildə “Kral klubu”ndan ayrıldıqdan sonra heç bir komandada işləmir.
QOL.az “OneFootball”a istinadən xəbər verir ki, o, deyib:
“Mən mütləq baş məşqçi kimi fəaliyyətimi bərpa edəcəm. Bu, mənim planımdır. Bir gün Fransa milli komandasında baş məşqçi olmaq arzumdur. Görək nə olacaq. “Yuventus”a gəlincə, bilmirəm, bu niyə baş vermədi, bilmirəm. Bu komanda həmişə qəlbimdədədir, çünki mənə çox şey verib”.
Daha əvvəl Zidanın DÇ-2026-dan sonra Didye Deşamın yerinə Fransa milli komandasına gətiriləcəyi barədə məlumat yayılıb.