Zidanı məyus edən nədir?

13.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasında İtaliyaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Birinci hissədə daha yaxşı oynadıq. Qol imkanlarımız var idi və fərqi artıra bilərdik. Bir qədər bəxtimiz də gətirmədi, iki topumuz dirəyə dəydi.

Ümumi götürəndə pis oynamadıq. Futbolda belə məğlubiyyətlər olur. Məni məyus edən yeganə məqam müdafiədəki problemlərimiz idi. Bunun üzərində çalışacağıq”.

Fransa qrupda 5 turdan sonra 10 xalla ikinci sıradadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью