Zidanın Fransa macərası Türkiyədə başlayacaq

28.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan ilk rəsmi oyununu Türkiyə yığmasına qarşı keçirəcək.

Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasının I qrupunun ilk turu çərçivəsində keçiriləcək görüş sentyabrın 25-də Türkiyənin Kocaeli şəhərində baş tutacaq.

Bu qarşılaşma 54 yaşlı mütəxəssisin Fransa millisinin baş məşqçisi kimi debüt oyunu olacaq.

Fransa millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda Türkiyə, Belçika və İtaliya ilə mübarizə aparacaq.
"Xoruzlar" ilk turdan sonra sentyabrın 28-də Belçikanın qonağı olacaq. Komanda oktyabrın 2-də İtaliyanı qəbul edəcək, üç gün sonra isə yenidən Belçika ilə qarşılaşacaq.

Qeyd edək ki, Fransa Futbol Federasiyası Zinəddin Zidanla 4 illik müqavilə imzalayıb.

Şalai məğlubiyyətdən sonra danışdı – "Ən yaxşı vəziyyətimizdə deyilik" Emmanuel Addainin yeni klubu bəlli olub – Belçikaya yollandı “Fənərbaxça”dan Leao üçün rəsmi addım “Qalatasaray” İtaliya klubuna məğlub oldu “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью