Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Əlcəzair futbol millisinin qapıçısı Luka Zidan DÇ-2026-nın qrup mərhələsində Argentinaya 3:0 məğlub olduqları oyunda meydana qeyri-adi qoruyucu maska ilə çıxıb.
İdman.Biz xəbər verir ki, əfsanəvi fransalı futbolçu Zinəddin Zidanın oğlu üz nahiyəsindən aldığı ağır zədə səbəbindən xüsusi karbon maskadan istifadə edib.
“Qranada”nın formasını geyinən qolkiper aprelin 26-da Sequndanın 27-ci turunda “Almeriya” ilə qarşılaşmada rəqib hücumçu Talislə toqquşub. Əvvəlcə Luka Zidana beyin silkələnməsi diaqnozu qoyulub. Sonrakı müayinələr zamanı isə onun çənə və çənəaltı nahiyəsində sınıqlar aşkarlanıb.
Zədənin ağırlığı səbəbindən 28 yaşlı qapıçının dünya çempionatında iştirakı sual altında olub. Lakin Zidan turnirədək bərpa olunaraq Əlcəzair millisinin heyətinə daxil olunub və mundialda debüt edib.
Luka Zidanın məşq prosesi zamanı ona tərəf gələn toplara reaksiyası isə gündəm olub. Sosial şəbəkə istifadəçiləri epizodu belə şərh edib:
“Luka Zidanın Messinin zərbəsini dəf edə bilməməsinə təəccüblənirik? Adam sözün əsl mənasında topdan qorxur”.
Qeyd edək ki, ötən il Fransa idman vətəndaşlığını Əlcəzair vətəndaşlığı ilə dəyişən Luka Zidanın debüt oyununu atası stadiondan izləyib.