futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyanın “Leqanes” klubu Əlcəzair millisinin qapıçısı Lyuka Zidanın transferini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı qolkiper İspaniya təmsilçisi ilə “1+1” sxemi üzrə müqavilə bağlayıb. Zidan bundan əvvəl “Qranada” ilə sözləşməsinə qarşılıqlı xitam verərək azad agent statusu qazanmışdı.
L. Zidan fransalı futbolçu və məşqçi Zinəddin Zidanın oğludur. Əlcəzair yığmasının şərəfini qoruyan qapıçı milli komandada 10 matça çıxıb.
“Leqanes” ötən mövsüm İspaniya Sequndasında turnir cədvəlini 16-cı sırada tamamlayıb.