Zidanın təyinatı zaman məsələsidi

17.07.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Tezliklə Fransa yığmasında baş məşqçi vəzifəsinə yeni təyinat olacaq.
"Football-plus.az" xəbər verir ki, milli komandadan ayrılmağa hazrlaşan Didye Deşamı Zinəddin Zidan əvəzləyəcək.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, komandanın DÇ-2026-nın yarımfinalında İspaniyaya uduzaraq (0:2) mübarizəni dayandırmasından sonra Deşamın Fransanın baş məşqçisi kimi fəaliyyəti sona yaxınlaşıb. O, komandanı 3-cü yer uğrunda matça çıxarandan sonra postunu tərk edəcək.
56 yaşlı Deşam Fransa yığmasını 2012-ci ildən çalışdırır. Komanda onun rəhbərliyi altında bir dəfə dünya çempionu olub, bir dəfə isə mundialın gümüş mükafatçısı olub. Fransanın cari turniri bürünc mükafatçı kimi başa vurmaq şansı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью