Zığ dairəsi Hava Limanı yolunda sürət həddi endirilib SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

13.01.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Oxunub 8

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью