Zığ dairəsiHava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib

18.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Report"a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью