Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirilib

05.11.2024

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, NİİM-in əməkdaşları tərəfindən məlumat – sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub.

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью