Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı yük maşını, “BakuBus” MMC-yə məxsus 121 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla və bir neçə avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Qazel” sürücüsünün döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub. Nəticədə öncə bordürə, ardınca avtobus və avtomo billərə çırpılan yük maşını yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin