Zığ şossesində ağır qəza: xəsarət alan var FOTO

25.11.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ şossesində baş verib.

Belə ki, "Daewoo" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərəklə avtomobilini eyni istiqamətdə hərəkət edən "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbənin gücündən "Mercedes" markalı avtomobil yol kənarına aşıb. Qəza nəticəsində "Mercedes"in sürücüsü ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью