Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Suraxanı rayonunda, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində yük avtomobillərindən biri yolun hərəkət hissəsinə aşıb.
Bu səbəbdən Zığ şosesindən 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Hazırda polis əməkdaşları yolda təhlükəsizlik tədbirləri həyata keçirir. Aşan avtomobilin yoldan götürülməsindən sonra hərəkətin bərpa olunacağı bildirilir.