Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi sentyabrın 30-da paytaxtın Zığ şosesində zəncirvari qəza baş verib. Qəza nəticəsində yolda yaranmış məhdudiyyət səhər saatlarında aradan qaldırılıb. Avtosfer.az nəzarət kameralarına düşən qəzanın görüntüsünü əldə edib. Videodan da aydın şəkildə görünür ki, qarşıda hərəkətdə olan yük avtomobili anidən aşır. Arxadan gələn digər yük avtomobilinin sürücüsü isə qarşıda dayanmağa çalışan yük avtomobilinə çırpılıb. Nəticədə zəncirvari qəza baş verərək yolun bütün zolaqları digər avtomobillərin hərəkəti üçün məhdudlaşıb.
Sözügedən videonu təqdim edirik.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/227464.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler