Zimbabve ilə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

03.06.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə Afrika ölkəsinin dünya təşkilatındakı daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. “Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Tofiq F. Musayev Zimbabvenin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Taonqa Muşayavanhuya nəzakət ziyarəti edib”, – daimi nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.
Qeyd olunub ki, diplomatlar dünya təşkilatı sistemində “xüsusilə Qoşulmama Hərəkatı və G77-nin üzvləri kimi əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar”.
“Səfir Muşayavanhu Azərbaycanı Qoşulmama Hərəkatına bacarıqlı liderliyinə görə təqdir edib. Zimbabvenin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmaq istəməsi fonunda onlar bir-birinin namizədliyinə qarşılıqlı dəstək verəcəklərinə söz veriblər”, – məlumatda vurğulanıb.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью