Zimbabve millimizi sevindirib İdman və Biz

14.11.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Millətlər Liqasının noyabr oyunları ərəfəsində yığmaların canlı FİFA reytinqindəki mövqeləri bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi 1161,80 xalla siyahıda 117-cidir.

FİFA-nın son cədvəlində 118-ci olan Fernandu Santuşun yetirmələri bir addım irəliləyib. Buna Zimbabve yığması səbəb olub.

Afrika təmsilçisi aldığı ardıcıl məğlubiyyətlərlə 6,40 xal itirib. Zimbabvenin 117-ci yerdən 120-ci pilləyə yuvarlanması isə millimizi sevindirib.

Qeyd edək ki, FİFA rəsmi reytinq siyahısını noyabrın 28-də açıqlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью