Zimbabve ölüm hökmünü ləğv edib AZƏRTAC

01.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 yanvar, AZƏRTAC

Zimbabvedə ölüm hökmü ləğv edilib.

AZƏRTAC xəbər verir ki, prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.

Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.

2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью