Zimbabvedə 57 yaşlı qadın ona hücum edən aslanı boğub

04.12.2024

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Zimbabvedə 57 yaşlı Violet Moyo tarlada ona hücum edən aslanı yalın əlləri ilə boğub.

Bu barədə “AdomOnline” portalı məlumat yayıb.

“Aslan caynaqları ilə boğazıma zərbə endirmək istədi, caynaqlarını sol yanağıma vurana qədər zərbələrdən yayınırdım. Sonra instinktiv olaraq onun boğazından tutub boğdum. Mübarizə əzmini itirənə qədər onu bərk-bərk boğdum”, - qadın qeyd edib.

Bundan sonra heyvanın onu buraxaraq qaçıb.

Qadın hazırda xəstəxanada aldığı xəsarətlərdən müalicə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью