Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 avqust, AZƏRTAC

Zimbabve hökuməti avqustun 11-də Kariba su anbarında bərənin qəzaya uğramasının səbəbi ilə bağlı araşdırmaya başlayıb.

AZƏRTAC ZBC telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur inkişafı naziri Feliks Mhona məlumat yayıb.

Öz növbəsində Qərbi Maşonalendin əyalət işləri naziri Marian Çombo batmış bərənin sərnişinlərinin qohumlarını onların taleyi barədə səlahiyyətlilərə məlumat verməyə çağırıb. Onun sözlərinə görə, gəmidə olan 67 nəfər xilas edilib.

Kariba su anbarında axtarış-xilasetmə əməliyyatları davam edir. Bərədə olan insanların dəqiq sayı hələ rəsmi olaraq açıqlanmayıb. Əvvəlcə təxminən 160 nəfərin olduğu bildirilirsə də, daha sonra rəqəmin 100-dən çox olduğu iddia edilib. Qəzadan sonra 84 nəfərin meyiti sudan çıxarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью