Zimbabvedə bərə fəlakəti Ölənlərin sayı 68 ə çatdı

21.08.2026

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Zimbabvedə Kariba gölündə bərənin aşması nəticəsində həlak olanların sayı 68 nəfərə çatıb.

Hurriyyet.Media “Reuters”ə istinadən xəbər verir ki, aparılan axtarış-xilasetmə tədbirləri zamanı daha 22 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, avqustun 11-də Kariba gölündə göyərtəsində nəzərdə tutulan 90 nəfər əvəzinə 160-a yaxın sərnişin olan bərə aşıb. Avqustun 12-nə olan məlumata görə, fəlakət zamanı 44 nəfərin meyiti aşkarlanmışdı.

Rəsmilərin bildirdiyinə görə, gəminin aşmasına həddindən artıq yüklənmə və güclü külək səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью