Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68 ə çatıb

15.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Zimbabvenin Kariba gölündə qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.

Bakıvaxtı.az-ın  Reuters agentliyinə istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə işləri zamanı daha 22 nəfərin meyiti aşkarlanıb. Bununla da qəza nəticəsində ölənlərin sayı 68-ə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Zimbabvenin Kariba gölündə sərnişin qayığı çevrilib. Gəminin tutumu 90 nəfər olsa da, göyərtədə 150-dən çox insanın olduğu bildirilir. Hadisənin güclü külək və gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью