Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

16.06.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

Zimbabvenin Masvinqo əyalətində yük qatarının avtobusla toqquşması nəticəsində 9 nəfər həlak olub, 26 nəfər yaralanıb.

AZƏRTAC Zimbabvenin “ZBC NEWS” yayım korporasiyasına istinadla xəbər verir ki, yaralılar arasında azyaşlılar da var.

Qəzanın səbəbləri araşdırılır. Zimbabve Milli Dəmir Yolları sürücüləri dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью