Zinəddin Zidan 100 milyon avroluq maaş təklifini rədd etdi

02.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Real Madrid"in sabiq baş məşqçisi Zinədin Zidan Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.

Oxu.Az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klub fransalı mütəxəssisə bir illik müqavilə üçün 100 milyon avro maaş təklif edib.

Zidan bu təklifi qəbul etməyib. 53 yaşlı məşqçi Səudiyyə Ərəbistanında çalışmaq istəməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью