Zinəddin Zidan Fransa millisinin baş məqşçisi olmaq üçün danışıqlar aparır

18.02.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi olmaq üçün danışıqlar aparır.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis hazırda Fransa Futbol Federasiyası ilə şəxsi müqaviləsinin detallarını müzakirə edir.

O, yığmada bu posta əsas namizəd hesab olunur.

Qeyd edək ki, Didye Deşam 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra baş məşqçi vəzifəsindən ayrılacağını açıqlayıb. Zidan 2021-ci ildə İspaniya təmsilçisi "Real"dan ayrıldıqdan sonra işsizdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью