Zinəddin Zidanın yeni ünvanı açıqlanıb

10.09.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fransa millisinin baş məşqçisi Didye Deşamın müqaviləsi 31 iyul 2026-cı ildə başa çatdıqdan və razılıq əldə edildikdən sonra Zinəddin Zidan milli komandanın yeni baş məşqçisi olacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə fransalı sabiq futbolçu Tyerri Anri məlumat verib.

"Fransa milli komandasının yeni menecerinin kim olacağını hamımız bilirik. Siz bunu bilirsiniz, mən də bunu bilirəm. Və ona ən yaxşısını arzulayıram", - deyə Anri vurğulayıb.

Xatırladaq ki, Zidan sonuncu dəfə “Real Madrid”i çalışdırıb və kral klubunda ardıcıl üç Çempionlar Liqası titulunu qazanaraq, tarixdə bu uğura nail olan yeganə baş məşqçi olub.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью