Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. “Qəbz təqdim olunmaması, xüsusilə bəzi sahələrdə - o cümlədən ziynət əşyaları və ge
Müştəriyə alış zamanı kassa çeki və ya elektron qəbz verilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir və bu cür hallar qanunvericiliy
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
Eyyub Kərimli sözlərinə belə davam edib: “Vergi Məcəlləsinə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar satış əməliyyatını sənədləşdirmək və alıcıya rəsmi ödəniş sənədi təqdim etmək öhdəliyinə malikdirlər.
Bu tələb həm şəffaf maliyyə dövriyyəsinin təmin olunması, həm də dövlətin vergi daxilolmalarının tam şəkildə toplanması baxımından zəruridir.
Müştəri, qanunvericiliklə təsbit olunduğu kimi, alış zamanı qəbz tələb etmək hüququna malikdir.
Əgər qəbz verilmirsə, bu hal vergi orqanları tərəfindən araşdırıla və inzibati məsuliyyət tədbirləri görülə bilər.
Belə hallarda sahibkara qarşı cərimə sanksiyaları tətbiq edilir.