“Zira Olives” Sumqayıtda mağaza açır

11.02.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Azərbaycanın zeytun yağı və zeytun məhsulları istehsalçısı “Zirə Aqro Park” MMC şirkətinə məxsus “Zira Olives” brendi ("Zira Olives" zeytun zavodu) Sumqayıt şəhərində yeni mağazasını istifadəyə verməyə hazırlaşır.

Marja.az Şirkətə istinadən xəbər verir ki, çoxsaylı istək və tələbat nəzərə alınaraq yeni filialın yaxın vaxtlarda fəaliyyətə başlaması planlaşdırılır. Yeni satış nöqtəsi Sumqayıt sakinlərinə brendin zeytun yağı və digər zeytun məhsullarını birbaşa təqdim edəcək.

Mağaza Sumqayıt şəhəri, 45-ci məhəllə, B 52/3 ünvanında yerləşəcək.

Şirkət açılış tarixinin tezliklə elan olunacağını bildirilib.

Qeyd edək ki, “Zira Olives” brendi yerli istehsal olaraq Azərbaycan bazarında zeytun yağı və zeytun məhsullarının istehsalı və satışı ilə fəaliyyət göstərir.

"Zira Olives" zeytun zavodu 2016-cı ildə Abşeron yarımadasının Zirə qəsəbəsində "Zirə Aqropark" Məhdud Məhsuliyyətli Cəmiyyətinin bazası əsasında fəaliyyətə başlamışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью