Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib.
"Unikal" xəbər verir ki, bank səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Bülent Tekin "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilib.
Bu təyinatla birlikdə Bankın Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olub.
Yeni təyin edilən müstəqil üzv Bülent Tekin peşəkar karyerasına 1987-ci ildə T.C. “Ziraat Bankası”nda başlamışdır.
O, 1997-ci ildən etibarən müxtəlif rəhbər vəzifələrdə çalışmış və 2020-ci ildə təqaüdə çıxmışdır.
2025-ci il 9 Aprel tarixindən etibarən Bülent Tekin "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyətə başlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür.