Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ziraat Bank Azərbaycan" xidmət keyfiyyətini daha da təkmilləşdirmək məqsədilə növbəti yeniliyini təqdim edib.
Artıq bankın Mobil Bankçılığı vasitəsilə “ƏDV Geri Al” funksiyası istifadəyə verilib.
"Unikal" xəbər verir ki, bu yenilik sayəsində müştərilər Əlavə Dəyər Vergisinin (ƏDV) geri alınması ilə bağlı əməliyyatlarını birbaşa Ziraat Bank Azərbaycanın mobil tətbiqi üzərindən, rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.
Bankdan təqdim edən məlumata əsasən, “ƏDV Geri Al” funksiyasının istifadəyə verilməsi "Ziraat Bank Azərbaycan"ın müştəri yönümlü xidmət konsepsiyasının davamı kimi qiymətləndirilir.
Həmçinin qeyd etmək istərdik ki, Bank yaxın zaman öncə rəqəmsal transformasiya istiqamətində attığı addımla Mobil Bankçılığının Android və İOS istifadəçiləri üçün yeniləndiyini bildirmişdi.
Yenilənmiş tətbiq müasir dizaynı, daha yüksək sürəti və funksional imkanları ilə seçilərək müştərilərə daha rahat istifadə təcrübəsini təqdim edib.
"Ziraat Bank Azərbaycan"ın yeni Mobil Bankçılığı ilə müştərilər banka getmədən, 7/24 onlayn olaraq öz hesablarına nəzarət edə, pul köçürmələrini rahatlıqla icra edə, kredit, kommunal ödənişlərini və digər bank əməliyyatlarını asanlıqla yerinə yetirə bilərlər.