Zirə 1/4 finala vəsiqə qazanıb

04.12.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda "Zirə" 1/4 finala vəsiqə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəsəbə təmsilçisi 1/8 finalda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda meydan sahiblərinin heyətində Ayron Qomis (12), Ceyhun Nuriyev (24) və Yusuf Laval (52) fərqlənib. Qonaqların yeganə qoluna isə Brahim Konate (41) imza atıb.

Bu qələbənin ardından "Zirə" 1/4 finalda "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью