futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu raundda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gəlib.
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə uğurlu olan “Zirə” adını 1/4 finala yazdırıb. Rəqib hələlik məlum deyil.
Azərbaycanın digər komandaları “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində mübarizəni dayandırıb.