Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “qartallar” Portuqaliyanın “Şaveş” klubundan Ktataunu transfer etmək üzrədir. Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
“Zirə”nin portuqallarla 100-150 min avro civarında anlaşdığı bildirilir. Ktatau Azərbaycana gələrək 3 illik müqaviləyə imza atacaq.
Yarımmüdafiəçi 2021-ci ildən “Şaveş”dədir. O, əvvəl “Felqueyras” və “Pedra Salqadas”da icarədə olub.
Ktataunun “transfermarkt”da dəyəri 500 min avrodur.