“Zirə” “ArazNaxçıvan” oyununun təyinatları bəlli oldu İdmanXəbər

04.11.2024

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью