“Zirə” “ArazNaxçıvan”a məğlub oldu Yeni Çağ Media

06.11.2024

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda “Zirə” “Araz-Naxçıvan”a məğlub olub.

Yenicag.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb./Report/

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью