Zirə ArazNaxçıvana məğlub olub

06.11.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"a məğlub olub.

"Ölkə.az" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью