Zirə autsayderin qonağıdır Heyətlər

31.10.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Misli Premyer Liqasının 10-cu turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

Günün ilk matçında "Araz-Naxçıvan" "Zirə"ni qəbul edir. Nominal meydan sahibləri cari mövsümdə qələbə qazanmayan yeganə kollektivdi. Naxçıvan təmsilçisi hazırda 2 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. Qonaqlar isə liderlər qrupunda yer alır. Rəşad Sadıqovun komandası 9 turdan sonra 15 xalla 5-ci yerdədir. "Qartallar" bu gün qələbə qazanacağı təqdirdə dünən lider "Sabah"ı yenməklə xal ehtiyatını 18-ə çatdıran "Turan Tovuz"a çatacaq və lider "Sabah"la (bir oyun az keçirib) xal fərqini 2-yə endirəcək. 

Qeyd edək ki, dünən 10-cu turun bir oyunu baş tutub. "Turan Tovuz" "doğma divarlar" arasında "Sabah"ı 3:2 hesabı ilə məğlub edib. 

Misli Premyer Liqaı

I dövrə, X tur

15:00. "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev 
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov 
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Şəhər stadionu.

"Araz-Naxçıvan": 1. Artur Auqusto 7. Rövlan Muradov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes

Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 8. Mustafa Əhmədzadə 77. Nihat Mehralıyev 10. Şarl Boli

Baş məşqçi: Yuri Maksimov

"Zirə": 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 5. Ange Mutsinzi 3. Dimitri Leqbo 29. Kris Diqbeu

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 43. Əhliman Süleymanzadə 20. İssa Cibrila 7. Eren Aydın 33. Mehdi Mişahşah 23. Dameyn Smit

Baş məşqçi: Rəşad Sadıqov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью