“Zirə” azarkeşlərinə, “Şamaxı” isə futbolçularına görə cərimələnib

21.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibi klubu 800 manat ziyana düşüb.

“Şamaxı” – “Araz-Naxçıvan” matçında “şirlər”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью