“Zirə” Azərbaycan millisinin üzvü ilə yeni müqavilə barədə danışıqlar aparır

31.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 mart, AZƏRTAC

“Zirə” komandası futbolçusu Qismət Alıyevlə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Bu barədə AZƏRTAC-a müsahibəsində 29 yaşlı müdafiəçi özü məlumat verib. Mövsümün sonunda sözləşməsinin müddətinin bitəcəyini xatırladan oyunçu deyib: “Amma özümü mövsümün sonuna kimi əldə edəcəyimiz nəticələrə kökləmişəm. Ümid edirəm ki, nəticələr istədiyimiz kimi alınar”.

Qeyd edək ki, Qismət Alıyev 2020-ci ildən “Zirə”nin şərəfini qoruyur.

Müxbir – Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью